satellite   Azerspace-1: 11135 H 30000

Qebreyesus: Hantavirusa yoluxma hallarının sayı 11-ə çatıb

Qebreyesus: Hantavirusa yoluxma hallarının sayı 11-ə çatıb

"MV Hondius" kruiz laynerinin daha bir sərnişinində karantində olduğu müddətdə hantavirus simptomları aşkar edilib və beləliklə, yoluxma hallarının sayı yenidən artaraq 11-ə çatıb.

NTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində bildirib.

"Kanar adalarından gəmi ilə gələn heyət indi 42 günlük karantində olacaq, gəmi isə tam təmizlənmə və dezinfeksiyadan keçəcək. Ümumilikdə, üç ölüm halı da daxil olmaqla 11 hal (9-u təsdiqlənmiş, 2-si ehtimal olunan) qeydə alınıb. Sonuncu təsdiqlənmiş hal da sərnişində olub. Bu şəxs repatriasiya olunanlar arasında idi və karantində olarkən onda simptomlar yaranıb, hazırda isə o, klinik yardım alır", - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM