satellite   Azerspace-1: 11135 H 30000

Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır

Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır

Möhtəşəm qonaqpərvərliyə, Bakıda gözəl qəbula və unudulmaz bir tədbirə bizi qəbul etdiyinizə görə Prezident İlham Əliyevə, mənim əziz dostuma təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin və tərəqqinin, Azərbaycan xalqının, Prezident İlham Əliyevin birlikdə öz ölkələri üçün etdiklərinin şahidi oluram. Sizin əzminiz, qətiyyətiniz və Prezident İlham Əliyevin xalqına bağlılığı bu inanılmaz tərəqqinin təminatçısıdır.

NTV xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) liderlərin bəyanatları zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Aleksandar Vuçiç Azərbaycana WUF13-ə ev sahibliyi və innovativ təşəbbüsləri ilk dəfə zirvə görüşü səviyyəsində təşkil etməsi səbəbindən təşəkkür edib. O vurğulayıb ki, bu, həqiqətən Ümumdünya Şəhərsalma Forumunun tam potensialının reallaşmasına xidmət edir. Xəzər dənizinin sahilində yerləşən bu mükəmməl ölkənin məhz urbanizasiya, şəhərsalma problemlərinin həllinə yönələn Fourma ev sahibliyi etməyi də təsadüfi deyil.

Serbiya Prezidenti hər kəs üçün əlçatan və təhlükəsiz mənzillərin təmin olunması sahəsinin biznes dairələri, qeyri-hökumət təşkilatları, hökumətləri və özəl qurumları əhatə etdiyinə diqqət çəkib. Aleksandar Vuçiç vurğulayıb ki, minlərlə insan Bakıda məhz şəhərlərin gələcəyini müzakirə etmək və üzləşdiyi çağırışları birlikdə incələmək üçün toplaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM