Səkkizyaşlı Sevinc Quliyeva Ryazanda dron hücumu zamanı həlak olub.
NTV xəbər verir ki, ölüm hadisəsini “Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Samir Qarayev açıqlayıb. Mayın 15-i gecəsi dronlardan biri yaşayış binasına düşərək yanğına səbəb olub. Ölənlər arasında səkkizyaşlı Sevinc Quliyeva da olub.
Qızın atası Məhəmməd Quliyev həmin gecə evə adi vaxtdan daha gec qayıdıb və qızını qonaq otağında yatarkən gördüyünü bildirib. O, uşağı otağına aparmaq istədiyini iddia edib, lakin qız oyanıb sakitcə “Ata, anamın yanına get” deyib. Bu, onun son sözləri olub.
“Həmin gecə onun cəsədini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə beton dağıntılar yığınından çıxardım, artıq ölmüşdü”, - deyə mərhum qızın atası bildirib. Ryazan yerli ictimai təşkilatı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin nümayəndələri mərhum uşağın ailəsinə dərin hüznlə başsağlığı veriblər.
