satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Kansleri İranın Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələri endirməsini qınayıb

Almaniya Kansleri İranın Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələri endirməsini qınayıb

Almaniya Kansleri Fridrix Merts İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirdiyi sonuncu hava zərbələrini qınayıb.

NTV xəbər verir ki, Fridrix Merts X platformasındakı paylaşımında bu barədə bildirib: “Birləşmiş Ərəb Əmirliklərinə və digər tərəfdaşlara qarşı İranın yenidən həyata keçirdiyi hava zərbələrini qətiyyətlə pisləyirik. Nüvə obyektlərinə hücumlar bütün regionda insanların təhlükəsizliyi üçün təhdid yaradır. Zorakılığın daha da eskalasiyasına yol verilməməlidir”.

Almaniya Kansleri, həmçinin qeyd edib ki, İran Amerika Birləşmiş Ştatları ilə ciddi danışıqlara başlamalı, qonşularını təhdid etməyə son qoymalı və Hörmüz boğazını heç bir məhdudiyyət olmadan açmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM