satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var və Tehran bu dəfə razılığa gəlməyə daha yaxındır.

NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu dəfə danışıqlar əvvəlkilərdən "bir qədər fərqli" olub. Çünki Vaşinqton əvvəllər razılaşmanın yaxın olduğunu düşündüyü zaman danışıqlar dayandırılmışdı.

“Bu, çox müsbət irəliləyişdir, amma baxıb görəcəyik, nəyəsə gətirib çıxaracaqmı?” - deyə Amerika lideri vurğulayıb. O, əlavə edib ki, İrana çərşənbə axşamı günü planlaşdırılan hücumları Körfəz ölkələrinin xahişi ilə təxirə salıb.

Bu arada Donald Tramp İranın nüvə proqramından imtina etməli olduğunu bir daha təkrarlayaraq deyib ki, “onlar bunu yazılı şəkildə bildirməlidirlər”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM