satellite   Azerspace-1: 11135 H 30000

Estoniya və Latviya sərhədləri yaxınlığında pilotsuz uçuş aparatları təhlükəsi qeydə alınıb

Estoniya və Latviya sərhədləri yaxınlığında pilotsuz uçuş aparatları təhlükəsi qeydə alınıb

Estoniyada Ukrayna istiqamətindən gəldiyi ehtimal edilən pilotsuz uçuş aparatı vurulub.

NTV Finlandiyanın “Yle” nəşrinə istinadla xəbər verir ki, müdafiə naziri Hanno Pevkurun sözlərinə görə, dron ölkənin hava məkanına daxil olub və Baltik ölkələrinin qırıcıları tərəfindən Vırtsyarv gölü üzərində məhv edilib. Estoniyanın cənub bölgələrində yeni dron hücumları təhlükəsi elan olunub.

Bir neçə rayonun, həmçinin Tallin şəhərinin sakinlərinə xəbərdarlıq göndərilib. Latviya Silahlı Qüvvələri də mümkün təhlükə ilə bağlı məlumat yayıb. Ölkənin bir sıra şərq rayonlarında yüksək hazırlıq rejimi tətbiq olunub.

Hadisədən sonra Estoniya və Latviyanın şərq sərhədləri yaxınlığında İsveç Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin uçuşu qeydə alınıb. Bununla yanaşı, Rusiyanın şimal-qərbində dronların kütləvi hücumlarının həyata keçirildiyi, Pskov və Pulkovo hava limanlarının isə bağlandığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM