satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında yerləşdirilmiş azı 10 dəniz minası aşkar edib.

NTV xəbər verir ki, bu barədə “CBS News” telekanalı vəziyyətlə tanış olan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, son məlumatlarda yer alan minaların dəqiq növləri açıqlanmayıb.

Mart ayında “CBS News” ABŞ kəşfiyyatının Hörmüz boğazında ən azı 12 sualtı minanın olduğunu ehtimal etdiyini bildirmişdi. Həmin vaxt rəsmilər İranın boğazda istifadə etdiyi minaların yerli istehsal olan “Maham 3” və “Maham 7” tipli minalar olduğunu qeyd etmişdilər.

Bu ayın əvvəlində ABŞ ordusu boğazda Beynəlxalq Ayrılma Xəttinin cənub marşrutu boyunca ticarət gəmilərini istiqamətləndirməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri bir neçə həftə ərzində Omana yaxın ərazidə yerləşən bu marşrutu minalardan təmizləyib.

ABŞ tərəfi xəbərdarlıq edib ki, İranın yerləşdirdiyi minalar səbəbindən adi marşrut üzrə keçid “son dərəcə təhlükəli” ola bilər. May ayında Pentaqon İranın aprelin 23-də Hörmüz boğazında yeni minalar yerləşdirdiyini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM