satellite   Azerspace-1: 11135 H 30000

“Politico”: NATO Avropadan çıxarılan ABŞ qoşunlarının yerini doldurmağa çalışacaq

“Politico”: NATO Avropadan çıxarılan ABŞ qoşunlarının yerini doldurmağa çalışacaq

NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanı Aleksus Qrinkeviçə regiondan çıxarılması planlaşdırılan ABŞ qoşunları və texnikasının əvəzedicilərini tapmağı tapşırıb.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə adı çəkilməyən diplomatlara istinadla məlumat yayıb.

Bir müddət öncə ABŞ rotasiya çərçivəsində Polşaya 4 min hərbçidən ibarət briqada göndərmək, Almaniyadan isə 5 min əsgərini geri çəkmək qərarına gəlib. Hər iki qərar nəticə etibarilə ABŞ-nin Almaniyadakı mövcudluğunu azaltmağa yönəlib. Polşaya göndərilməsi planlaşdırılan diviziyanın bəzi bölmələri hazırda Almaniyada yerləşən hərbçilərlə əvəz oluna bilər. ABŞ qoşunlarının yerdəyişməsi ilə bağlı qərarların NATO-nun növbəti 4 illik müdafiə planlaşdırması dövrü ərzində, yoxsa daha yaxın müddətdə baş veriləcəyi hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM