satellite   Azerspace-1: 11135 H 30000

Belçika Norveçdən "F-35" qırıcıları və dronlar üçün raketlər alıb

Belçika Norveçdən "F-35" qırıcıları və dronlar üçün raketlər alıb

Belçika Norveçlə "F-35" qırıcıları və pilotsuz uçuş aparatları üçün ümumi dəyəri təxminən 700 milyon avro olan qanadlı raketlərin alınmasına dair müqavilə bağlayıb.

NTV xəbər verir ki, bu barədə Belçikanın "Het Laatste Nieuws" nəşri məlumat yayıb.

Müqavilə Norveçin "Kongsberg" müdafiə müəssisəsi tərəfindən Amerikanın "Raytheon" korporasiyası ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış "AGM-184 JSM" qanadlı raketlərinin tədarükünü nəzərdə tutur. Bu sursatlar havadan buraxılmaq üçün nəzərdə tutulub və 350 km-ə qədər məsafədə quru və dəniz hədəflərini vurmaq qabiliyyətinə malikdir.

"F-35" qırıcıları iki belə raketi gövdə daxilində daşıya bilir və bu onların əsas üstünlüyü olan radarlara qarşı görünməzlik qabiliyyətinə heç bir zərər vermir. Bu silah strateji əhəmiyyətə malik olduğundan Belçikanın müdafiə qurumu həm sifariş edilmiş raketlərin dəqiq sayını, həm də bir məmulatın qiymətini açıqlamaqdan imtina edib.

Amerika mediası qeyd edib ki, ABŞ Silahlı Qüvvələri üçün belə bir raketin dəyəri təxminən 3,2 milyon dollar təşkil edir.

Gələcəkdə qanadlı raketlərin "SkyGuardian" pilotsuz uçuş aparatlarının silahlanmasına inteqrasiya edilməsi də planlaşdırılır. Bundan əlavə, ordu dronları təchiz etmək üçün 10 milyon avro dəyərində 16 "Brimstone" raketi və 30 milyon avro məbləğində 120 "Hellfire" raketini sifariş edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM