satellite   Azerspace-1: 11135 H 30000

Belçika 700 milyon avroluq qanadlı raketlər və PUA-lar alacaq

Belçika 700 milyon avroluq qanadlı raketlər və PUA-lar alacaq

Belçika uzunmənzilli zərbə imkanları əldə etmək məqsədilə 700 milyon avroya F-35 qırıcıları üçün müasir raketlər və pilotsuz uçuş aparatları (PUA) alacaq.

NTV xəbər verir ki, bu barədə “Echo” qəzeti Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, müqavilələr Avropa və Amerika müdafiə kompaniyaları arasında bölüşdürüləcək. Söhbət Norveç və ABŞ tərəfindən birgə istehsal edilən, 350 kilometrədək mənzilə malik “AGM-184” qanadlı raketlərindən gedir. Həmin raketlər düşmənlə potensial münaqişə halında Belçika təyyarələrinə hava hücumundan müdafiə zonasına girmədən raket zərbələri endirməyə imkan verəcək.

2018-ci ildə Belçika köhnəlmiş F-16 donanmasını əvəzləmək üçün ABŞ-dən 34 ədəd F-35 qırıcısı alıb və daha 11 təyyarə üçün müqavilə imzalamağa hazırlaşır. Müdafiə naziri Teo Frankenin sözlərinə görə, Belçika istismardan çıxarılmış bütün F-16-ları Ukraynaya vermək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM