satellite   Azerspace-1: 11135 H 30000

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 50-yə çatıb<font color='red'> - YENİLƏNİB </font>

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

NTV xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb.

Hazırda hadisə yerində axtarış işləri davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.

07:36

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

NTV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM