satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Venesuelada bu ilin fevralında qüvvəyə minən əfv qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.

 

NTV  xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.

 

“Hazırda 395 nəfər azad edilib və yaxın saatlarda bu rəqəmin 500-ü keçəcəyini gözləyirik”, — deyə Rodrigez qeyd edib.

 

Onun sözlərinə görə, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib, onlara qarşı irəli sürülmüş ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub.

 

Əlavə edib ki, qanun qüvvəyə minənədək də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM