satellite   Azerspace-1: 11135 H 30000

Özgür Özel CHP Qrup sədri seçilib

Özgür Özel CHP Qrup sədri seçilib

Özgür Özel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupunun sədri seçilib.

NTV "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə partiyanın qərargahında keçirilən toplantıda seçki keçirilib.

Nəticədə Ö.Özel partiyanın Parlament Qrupunun sədri seçilib.

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM