satellite   Azerspace-1: 11135 H 30000

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında ikitərəfli sülh memorandumunun layihəsi atəşkəsin 60 gün uzadılmasını və hərtərəfli sülh sazişi üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” xəbər agentliyi sənədə istinadla məlumat yayıb.

Bildirilib ki, memorandumun mətnində atəşkəs müddətində Hörmüz boğazından gəmiçilik fəaliyyətinin bərpa olunması və İranın sərbəst şəkildə neft ticarəti edə biləcəyi qeyd edilib.

Saziş layihəsində İranın Hörmüz boğazını minalardan təmizləməyə başlayacağı da vurğulanıb.

Layihəyə əsasən, ABŞ və İran atəşkəs müddətində Tehranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcək.

Bununla yanaşı, ABŞ tam razılaşma əldə olunana qədər İran ətrafında hərbi mövcudluğunu qoruyacaq. Lakin İran limanlarının blokadasını aradan qaldıracaq və bu ölkəyə qarşı sanksiyaları yumşaldacaq

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM