satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda qatarda baş verən partlayışda azı 16 nəfər həlak olub

Pakistanda qatarda baş verən partlayışda azı 16 nəfər həlak olub

Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub və daha bir neçə nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.

Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.

Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.

Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM