satellite   Azerspace-1: 11135 H 30000

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Anakliya layihəsinin birinci mərhələsinin 2029-cu ilə qədər başa çatması tamamilə realdır. Sinqapur konsorsiumu ilə danışıqlar davam edir.

NTV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.

“Layihənin artıq həyata keçirilməyə başladığını nəzərə alsaq, prosesləri müəyyən bir nöqtəyə qədər sürətləndirmək olar. Çox tezliklə əməkdaşlığın davam etdirilməsinin konkret detalları ilə bağlı qərar verilməlidir”, – deyə hökumət başçısı bildirib.

Onun sözlərinə görə, müqavilənin maliyyə tərəfi xeyli azaldılıb. Dövlət qazıntı işlərinə, dalğaqıran qurğunun quraşdırılmasına daha az pul xərcləməli olacaq. Müvafiq olaraq, layihənin birinci mərhələsinin 2029-cu ilə qədər başa çatması gözlənilir.

“Paralel olaraq, biz yol, dəmir yolu üzərində işləyirik, bu da real bir prosesdir. Bütün layihələr müvafiq müddətlər ərzində həyata keçiriləcək”, - deyə İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, hazırda Gürcüstanda Batumi və Poti limanları fəaliyyət göstərir. Əsas yüklər Poti limanı vasitəsilə daşınır. Lakin bu liman 1500 konteynerdən çox yükü olan gəmiləri qəbul edə bilmir. Anakliya limanının tikintisi Gürcüstan hökumətinin ölkənin yükdaşıma potensialını artırmaq, Şərqlə Qərbi birləşdirmək üçün “Böyük İpək Yolu”na qoşulmaq məqsədilə 2016-cı ildə hazırlanmış layihədir. Limanın tikintisinə 2017-ci ilin dekabrında başlanılsa da 6 ay sonra tikinti işləri dayandırılıb. Gürcüstan hökuməti limanın tikintisi ilə əlaqədar 2016-cı ildə tender elan edib. Tenderdə TBS Holding və Amerikanın “Conti İnternational LLC” kompaniyasının birgə yaratdığı “Anakliya Holding JSC” şirkətinin “Anakliya limanının İnkişaf Konsorsiumu” qalib gəlib. Lakin 2020-ci ildə Gürcüstan hökuməti maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən “Anakliya Limanının İnkişaf Konsorsiumu” ilə müqaviləni ləğv edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM