satellite   Azerspace-1: 11135 H 30000

Konqoda 10-dan çox Ebola xəstəsi izolyatordan qaçıb

Konqoda 10-dan çox Ebola xəstəsi izolyatordan qaçıb

Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqində yerləşən xəstəxanada izolyatora hücum edilib, 13 Ebola xəstəsi müəssisədən qaçıb.

NTV-nin məlumatına görə, yoluxanların hazırkı yeri məlum deyil.

Bildirilir ki, Ebola karantin mərkəzlərinə xəstələrin yaxınları hücum edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qhebreyesus isə bildirib ki, hazırda Ebola xəstəliyindən 220 şübhəli ölüm qeydə alınıb və halların gec aşkarlanması səbəbindən cavab verən qurumlar artıq “geri qalaraq vəziyyəti çatmağa çalışırlar”.

“Biz təcili şəkildə fəaliyyətimizi genişləndiririk, lakin hazırda epidemiya bizi qabaqlayır”, — ÜST-nin baş direktoru deyib.

O əlavə edib ki, epidemiya mərkəzi olan Konqo Demokratik Respublikasının sərhədlərində yerləşən ölkələr dərhal tədbir görməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM