satellite   Azerspace-1: 11135 H 30000

Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırıb - VİDEO

Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırıb<font color=red> - VİDEO</font>

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mark Rubio ilə telefon danışığı aparıb.

NTV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunur ki, Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Kiyevdə yerləşən və ordunun ehtiyacları üçün istifadə olunan obyektlərə, müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başlaması barədə məlumatı rəsmi şəkildə Amerika tərəfinə çatdırıb.

"Kiyevdə nümayəndəlikləri olan digər dövlətlərlə yanaşı, ABŞ-yə də öz diplomatlarının və digər vətəndaşlarının Ukrayna paytaxtından təxliyəsini təmin etmək tövsiyə olunub", - bəyanatda deyilir.

Nazir ABŞ-nin təklifi ilə 2025-ci ilin avqustunda Ankoricdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ali səviyyədə əldə olunmuş razılaşmaların aktuallığını xatırladıb.

Xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Hörmüz boğazındakı böhranın aradan qaldırılmasına dair diplomatik təşəbbüslər və Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Lavrov və Rubio, məlum fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-nin bir-birinin ərazisindəki diplomatik missiyalarının iş şəraitinin normallaşdırılması üzrə səyləri aktivləşdirmək barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər", - bəyanatda qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM