satellite   Azerspace-1: 11135 H 30000

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

Vaşinqton və Tehran arasında mümkün razılaşmanın mətninin yekunlaşdırılması bir neçə gün çəkə bilər.

NTV xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı jurnalistlərə bildirib.

“Qətərdə müəyyən danışıqlar aparılıb, buna görə də irəliləyiş əldə edə biləcəyimizi görəcəyik”, – deyə o qeyd edib.

Rubionun sözlərinə görə, ilkin sənəddə yer alan konkret ifadələr ətrafında geniş müzakirələr aparılacaq. “Düşünürəm ki, ilkin sənəddəki konkret ifadələrlə bağlı çox danışılacaq, buna görə də proses bir neçə gün davam edə bilər”, – deyə o əlavə edib.

Dövlət katibi ABŞ Prezidenti Donald Trampın İranla razılığa gəlmək niyyətində olduğunu bir daha vurğulayıb.

“Prezident bunu etmək istəyini açıq şəkildə bildirib. O, ya yaxşı razılaşma əldə edəcək, ya da ümumiyyətlə, heç bir razılaşma olmayacaq”, – deyə Rubio bildirib.

O əlavə edib ki, Hörmüz boğazında gəmiçiliyin bərpası mühüm əhəmiyyət daşıyır və su yolunun açılacağını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM