İspaniyada "MV Hondius" kruiz gəmisinin daha bir sərnişinində hantavirus aşkar edilib.
Bu barədə NTV İspaniya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Madriddəki hərbi xəstəxanada karantində saxlanılan İspaniya vətəndaşında PCR testindən sonra müsbət hantavirus halı təsdiqləndi.
Yoluxmuş şəxs ixtisaslaşmış tibbi nəzarət və xüsusi təhlükəsizlik tədbirlərinə tabe olacaq.
