satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək

Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək

Avropa İttifaqı (Aİ) diplomatlarını Kiyevdən təxliyə etmək fikrində deyil, əksinə, Ukraynaya hərbi dəstəyi artıracaq.

NTV xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Qərb diplomatlarının Kiyevdən təxliyə edilməsinin zəruriliyi barədə xəbərdarlığını şərh edərkən deyib.

“Aİ özünün Kiyevdəki diplomatik mövcudluğunu dəyişməz saxlayacaq... və Ukraynaya hərbi dəstəyi artıracaq”, - deyə Hipper vurğulayıb. O əlavə edib ki, Avropa İttifaqı qeyri-hərbi hədəflərə hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb olunmasına çalışacaq.

Hipper, həmçinin bildirib ki, onların bu mövqeyi Aİ-dəki Rusiya missiyasının rəhbərinə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM