satellite   Azerspace-1: 11135 H 30000

İsrail müharibədən zərər çəkmiş kənd təsərrüfatı torpaqlarının bərpasına 7 milyon şekel ayırır

İsrail müharibədən zərər çəkmiş kənd təsərrüfatı torpaqlarının bərpasına 7 milyon şekel ayırır

İsrailin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi müharibə zamanı zərər çəkmiş kənd təsərrüfatı torpaqlarının bərpası üçün təxminən 7 milyon şekel (2,4 milyon dollar) vəsait ayıracaq.

NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, vəsait şimal və cənub bölgələrində torpaqların qorunması və davamlı kənd təsərrüfatının inkişafına yönəldiləcək. Məlumata görə, fermerlərə müasir becərmə üsullarının tətbiqi, torpağın bərpası tədbirləri və xüsusi texnikanın alınması üçün dəstək göstəriləcək.

Nazirlikdən bildirilib ki, proqramın məqsədi zərər çəkmiş torpaqların münbitliyini qorumaq və kənd təsərrüfatının iqlim dəyişikliklərinə davamlılığını artırmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM