Beynəlxalq Valyuta Fondunun (IMF) missiyası 8,1 milyard ABŞ dolları dəyərində 4 illik genişləndirilmiş maliyyələşdirmə proqramı (Electronic Frontier Foundation - EFF) üzrə ilk dəfə nəzərdən keçirilməsi üçün Ukraynanın paytaxtı Kiyevdədir.
NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bunu fondun Ukraynadakı daimi nümayəndəsi Prişila Tofano bildirib.
Onun sözlərinə görə, Gevin Qreyin başçılıq etdiyi missiya proqramın ilk dəfə nəzərdən keçirilməsi, eləcə də IMF-in 2026-cı il üçün IV maddə üzrə məsləhətləşmələri çərçivəsində Ukrayna hakimiyyət nümayəndələri və beynəlxalq tərəfdaşlarla görüşlərə başlayıb.
Proqramın şərtlərinə əsasən, Ukrayna martın sonuna qədər sadələşdirilmiş vergi sistemi üçün, eləcə də dəyəri 150 avrodan az olan idxal bağlamaları üçün əlavə dəyər vergisinin tətbiqi haqqında qanun qəbul etməyi öhdəsinə götürüb.
Yeni EFF proqramı bu ilin fevralında təsdiq edilib və 2023-cü ilin martında açılmış əvvəlki 15,6 milyard dollarlıq 4 illik proqramı əvəz edib. Əvvəlki proqram çərçivəsində Ukrayna ümumilikdə 10,6 milyard dollar məbləğində 9 tranş alıb.
