Böyük Britaniya gənclər üçün daha çox təcrübə, təlim və iş təcrübəsi imkanları yaradacaq.
NTV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkə hökuməti məlumat yayıb.
Bu qərar, hakimiyyət orqanlarının əmək bazarından kənarda qalan gənclərdən ibarət "itirilmiş nəsil" yaratmaq riski barədə xəbərdarlıq etdiyi icmalın dərc olunmasından sonra qəbul edilib.
Daha əvvəl Britaniya hökuməti 2,5 milyard funt sterlinq (3,36 milyard ABŞ dolları) dəyərində gənclərin məşğulluğuna kömək paketi elan edib. Hökumət bu tədbirin 200.000 iş yerinin yaradılmasına dəstək verəcəyini təxmin edib.
İndi hakimiyyət orqanları proqramı genişləndirmək və gənclər üçün 300.000-ə qədər yeni imkan yaratmaq niyyətindədir.
