satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb

Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb

Avstraliya İkinci Dünya müharibəsinin başa çatmasından bəri ilk dəfə hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb.

NTV-nin məlumatına görə, bunu Avstraliyanın müdafiə naziri Riçard Marlz Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxışı zamanı bəyan edib.

O, bu addımı təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və Hind-Sakit okean regionunda təhdidlərin artması ilə izah edib.

"Avstraliya müdafiə qüvvələri hazırda sərt güc transformasiyasından keçir. Müdafiə büdcəmizin 40 %-dən çoxu dəniz imkanlarının inkişafına yönəldilir", - Marlz bildirib.

Onun sözlərinə görə, Kanberra AUKUS tərəfdaşlığı çərçivəsində atom sualtı qayıqlarını, yeni esminsləri, freqatları və pilotsuz dəniz platformalarını əhatə edən yenidən silahlanma proqramını həyata keçirir.

Nazir Avstraliyanın İkinci Dünya müharibəsinin bitməsindən bəri ən mürəkkəb və təhlükəli strateji vəziyyətlə üzləşdiyini bəyan edib. O, sualtı infrastrukturun zədələnməsini, Cənubi Çin dənizindəki gərginliyi, İran ətrafındakı vəziyyəti və "kölgə donanması"nın fəaliyyətini əsas təhdidlər adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM