NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər.
NTV-nin məlumatına görə, bu fikri NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, alyansın özü boğaz ətrafındakı vəziyyətin həllində birbaşa iştirak etmir.
"NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaq ölkələri artıq tədbir görürlər. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar", - deyə Draqone qeyd edib
