satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkənin hava limanlarında pulsuz içməli su məntəqələrini təqdim edib.

NTV xəbər verir ki, hava limanlarında mayelərə qoyulan məhdudiyyətlər səbəbindən suya çıxış sərnişinlərin üzləşdiyi ən böyük çətinliklərdən biri olaraq qalır.

Bu problemi həll etmək üçün Türkiyənin 14 hava limanında su paylayıcılarının quraşdırılması başa çatıb. Daha 32 hava limanında paylayıcılar quraşdırılır və ya onlar sifariş edilib.

Bu xidmət, xüsusən də qeydiyyat zonalarında, sərnişinlər üçün “steril zonalarda”, gözləmə yerlərində, qarşılama və yola düşmə zallarında tətbiq olunur.

Tezliklə Türkiyənin 58 hava limanının hamısında, xüsusən də sərnişin axınının yüksək olduğu ərazilərdə pulsuz içməli su təmin ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM