satellite   Azerspace-1: 11135 H 30000

ABŞ ötən ilin yanvarından bəri 900 mindən çox qanunsuz immiqrantı deportasiya edib

ABŞ ötən ilin yanvarından bəri 900 mindən çox qanunsuz immiqrantı deportasiya edib

ABŞ hakimiyyəti Donald Trampın 2025-ci il yanvarın 20-də prezident vəzifəsinə başlamasından bəri 900 mindən çox qanunsuz immiqrantı ölkədən çıxarıb.

NTV xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin komissarı vəzifəsini icra edən Devid Venturella “Breitbart News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Daxili Təhlükəsizlik Departamenti qanunsuz miqrantların deportasiyasını sürətləndirmək üçün bütün mümkün mexanizmlərdən istifadə edir.

Tramp isə daha əvvəl ABŞ-yə milyonlarla şəxsin qanunsuz daxil olduğunu iddia edib. O, seçki kampaniyası dövründə və prezidentliyinin ilk aylarında daha sərt immiqrasiya siyasətinin tərəfdarı olduğunu vurğulayaraq, ABŞ tarixində qanunsuz immiqrantlara qarşı ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirəcəyinə söz verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM