satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan, rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə iyunun 16-da Rusiyaya səfər edəcək.

 

NTV xəbər verir ki, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) yazılı açıqlama verilib.

 

Mətndə bildirlir ki, Hakan Fidan Rusiyaya son səfərini 2025-ci il mayın 26–da edib. Onunla Setgey Lavrov arasında son görüş isə bu il aprelin 18-də, Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

 

Türk nazirin Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilməsi, həmçinin rusiyalı həmkarı Sergey Lavrov və digər yüksəksəviyyəli rəsmilərlə görüşü planlaşdırılır.

 

Səfər çərçivəsində Fidanın Rusiyada fəaliyyət göstərən türk iş adamları ilə də bir araya gəlməsi nəzərdə tutulur.

 

Hakan Fidanın sözügedən səfər zamanı keçirəcəyi görüşlərdə üstünlük verəcəyi məsələlər arasında Türkiyənin Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəklədiyi, Cənubi Qafqazda təmin olunacaq sülh və sabitlik mühitinin həm Türkiyə, həm də Rusiyanın maraqlarına uyğun olacağını vurğulaması gözlənilir.

 

Nazirin, həmçinin başda ticarət, enerji, təhlükəsizlik və konsulluq məsələləri olmaqla, ikitərəfli münasibətlər, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibədə davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi diplomatik səylər, Qara dənizdə artan gərginliyin regional və qlobal sülhə yaratdığı təhdidlər, Türkiyənin ABŞ ilə İran arasında davamlı sülhün bərqərar olmasına dəstəyi kimi məsələlərə üstünlük verməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, Türkiyə–Rusiya ikitərəfli münasibətləri 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası əsasında institusional çərçivədə inkişaf etdirilir. Türkiyə ilə Rusiya Federasiyası arasında turizm sahəsində mövcud əməkdaşlıq ikitərəfli iqtisadi münasibətlərin ən mühüm komponentlərindən biridir. Türkiyəni ziyarət edən rus turistlərin sayı 2025-ci ildə də artaraq 6,9 milyonu ötüb. Türkiyənin enerji sahəsində ən böyük tərəfdaşlarından biri olan Rusiya ilə Akkuyu Atom Elektrik Stansiyası (AES) layihəsi çərçivəsində həyata keçirilən işlər, 2010-cu il mayın 12-də imzalanan və hər iki ölkə tərəfindən təsdiqlənən hökumətlərarası saziş əsasında davam etdirilir. Layihənin ilk reaktorunun bu il ərzində istismara verilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM