satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Türkiyə və Azərbaycan istənilən şəraitdə bundan sonra da çiyin-çiyinə dayanacaq.

NTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə yaydığı paylaşımda bildirilib.

Müdafiə qurumu dost və qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi əzmində olduğunu vurğulayıb.

“Bundan sonra da əlaqələrimizi möhkəmləndirəcək, istənilən şəraitdə çiyin-çiyinə dayanacağıq”, – deyə paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM