satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp vitse-prezident Cey.Di.Vensin İranla sülh sazişinin imzalanması üçün Cenevrəyə səfər edəcəyini bildirib.

ANZ.AZ-ın məlumatına görə, bunu o, Fransa Prezidenti Emmanuel Makronla görüş çərçivəsində jurnalistlərin sualına cavabında deyib.

Tramp Vensin imzalanma mərasimində xüsusi olaraq iştirak edəcəyini, onun isə G7 sammitindəki cədvəldən asılı olaraq Cenevrəyə səfər edib-etməyəcəyinin müəyyənləşəcəyini diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Hörmüz boğazı artıq qismən açılıb və gəmilər yola düşməyə başlayır.

“Hörmüz boğazı cümə günü tam açılacaq. Düşünürəm ki, Yaxın Şərqdə bir çox gözəl şeylər baş verəcək. Ən əsası, neft kəskin aşağı düşür və fond bazarı raket kimi yüksəlir. Əsas məsələ odur ki, İranın nüvə silahı olmayacaq”,- deyə Tramp əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM