satellite   Azerspace-1: 11135 H 30000

Çində şiddətli yağışlar davam edir, ölənlər və itkin düşənlər var - FOTOLAR

Çində şiddətli yağışlar davam edir, ölənlər və itkin düşənlər var<font color=red> - FOTOLAR</font> Çində şiddətli yağışlar davam edir, ölənlər və itkin düşənlər var<font color=red> - FOTOLAR</font> Çində şiddətli yağışlar davam edir, ölənlər və itkin düşənlər var<font color=red> - FOTOLAR</font>

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunun paytaxtı Nannin şəhərində aramsız yağışlar və ardınca baş verən daşqınlar nəticəsində 4 nəfər ölüb, 8-i itkin düşüb.

NTV muxtar rayonun hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Nannin şəhərinin tabeliyində olan Hencou şəhəri və Binyan rayonunda yağıntının miqdarında rekord qeydə alınıb. İtkilərin hamısı Hencouda baş verib. Şəhərdə ümumilikdə 84 mindən çox sakin fəlakətdən təsirlənib, təxminən 54 min nəfər təxliyə edilib. Binyan rayonunda isə 8 min 150 nəfər müvəqqəti olaraq daha təhlükəsiz ərazilərə köçürülüb. Rayonda subasma nəticəsində ahıllar evində çıxılmaz vəziyyətdə qalan 172 nəfər də təxliyə olunub. Denvey kəndindəki ilan fermasından subasma nəticəsində kobralar da daxil olmaqla, yüzlərlə ilan qaçıb. Hakimiyyət orqanları ərazidəki sakinləri xəbərdar edib.

Quansi Cuan Muxtar Rayonunda səhər saat 7:00-da daşqınlarla əlaqədar ən yüksək səviyyə olan qırmızı xəbərdarlıq elan edilib. Regional hidrologiya mərkəzinin məlumatına görə, səhər saat 7:00-a qədər bölgədəki 55 çayda yerləşən 70 monitorinq stansiyasında suyun səviyyəsi təhlükəli səviyyədən 7 metrə qədər qalxıb. Növbəti sutkada da çaylarda suyun səviyyəsinin yüksək olacağı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, “Maysak” qasırğası iyulun 4-dən Quansi Cuan Muxtar Rayonuna şiddətli yağış və külək gətirib. Nəticədə Nannin şəhərindəki anbarlarda suyun səviyyəsi çoxalıb və bəndlər yarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM