satellite   Azerspace-1: 11135 H 30000

Konqoda Ebola virusuna yoluxanların sayı 1700-ü ötüb

Konqoda Ebola virusuna yoluxanların sayı 1700-ü ötüb

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 1708, ölənlərin sayı isə 580 nəfərə çatıb.

NTV Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadla xəbər verir ki, təşkilat ölkənin şərqində, xüsusilə İturi və Şimali Kivu əyalətlərində epidemiyanın şiddətləndiyini və ictimai sağlamlıq riskinin "çox yüksək" olaraq qaldığını bildirib.

Müalicə mərkəzləri artıq demək olar ki, tam dolub, virusun gizli yayılması isə davam edir. Hazırkı epidemiya təsdiqlənmiş peyvəndi və spesifik müalicəsi olmayan Bundibugyo Ebola virusu növündən qaynaqlanır.

Qeyd edək ki, Konqo Demokratik Respublikasında Bundibugyo virusuna qarşı ilk klinik sınaqlara başlanılıb. ÜST və Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri epidemiyanın nəzarətə götürülməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM