satellite   Azerspace-1: 11135 H 30000

Mette Frederiksen: Qrenlandiya satılmır

Mette Frederiksen: Qrenlandiya satılmır

Kopenhagenin Qrenlandiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır - ada satılmır.

NTV xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Ankarada NATO sammiti çərçivəsində jurnalistlərə bildirib.

"Mövqeyimiz həmişə olduğu kimi, aydındır. Qrenlandiya, əlbəttə ki, satılmır. Ümid edirik ki, hər kəs, o cümlədən bütün müttəfiqlər Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşacaqlar. Biz isə suveren dövlətik. Hər kəsin ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməsi lazımdır", - o qeyd edib.

M.Frederiksen, həmçinin alyansa üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsində NATO-nun əsas rolunu vurğulayıb:

"Mən NATO olmadan öz xalqımı qoruya bilməzdim. Düşünürəm ki, eyni şey Birləşmiş Ştatlara da aiddir. İllər əvvəl NATO-nu yaratmağımızın səbəblərindən biri odur ki, əgər bizdən birinə nəsə olarsa, o zaman hamı bir-birinin müdafiəsinə qalxmalıdır. Beşinci maddə bizim sığortamızdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM