satellite   Azerspace-1: 11135 H 30000

Merts: Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanmaq şansı yoxdur

Merts: Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanmaq şansı yoxdur

Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə şansının olmadığını bildirib və Ankarada keçirilən NATO sammitinin Moskvaya aydın siqnal göndərəcəyinə ümid etdiyini ifadə edib.

NTV "Sky News"a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sammitin NATO-ya "yeni impuls" verməli, alyansı daha güclü və daha həmrəy etməli olduğunu qeyd edib.

F.Merts həmçinin Ukraynanın avropalı müttəfiqlərinin 2026-2027-ci illərdə Kiyevə əlavə olaraq 70 milyard avro təqdim etmək planlarını xatırladıb və ölkələrin dəstək göstərməyə davam edəcəyini bildirib:

"İndi bu müharibənin dayandırılması müstəsna olaraq Rusiyadan asılıdır. Biz bu gün buna nail olmaq və Moskvaya aydın siqnal göndərmək üçün yenidən hər şeyi edəcəyik. Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM