satellite   Azerspace-1: 11135 H 30000

İran ABŞ-nin Bəhreyndəki bazalarına raketlər və dronlar buraxıb

İran ABŞ-nin Bəhreyndəki bazalarına raketlər və dronlar buraxıb

İran ABŞ-nin ölkənin hədəflərinə endirdiyi zərbələrə cavab olaraq onun Bəhreyndəki bazalarına raketlər və dronlar buraxıb.

NTV xəbər verir ki, bu barədə "Mehr" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

"ABŞ qoşunlarının İranın cənubundakı hərbi və mülki ərazilərə zərbələr endirməsindən, eləcə də memorandumun müddəalarını pozmasından sonra İran ordusunun zərbə pilotsuz uçuş aparatları bu gün səhər saatlarından Bəhreyndə yerləşən bazaya hücum edir. Bölgədəki bütün ABŞ bazaları qanuni hədəflərə çevriləcək", - məlumatda bildirilib.

Xarici medianın məlumatına görə, Bəhreyndə son saatlar ərzində artıq üçüncü dəfədir ki, sirenalar səslənib. Krallığın Daxili İşlər Nazirliyi sakinləri yenidən ən yaxın təhlükəsiz yerlərə getməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM