satellite   Azerspace-1: 11135 H 30000

Pit Heqset İsrailə səfərini ləğv edib

Pit Heqset İsrailə səfərini ləğv edib

ABŞ-nin müdafiə naziri Pit Heqset bu günə planlaşdırılan İsrailə səfərini ləğv edib.

NTV xəbər verir ki, bu barədə "The Jerusalem Post" mənbəyə istinadən məlumat yayıb.

Amerikalı nazir səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin müdafiə naziri İsrael Katsla görüşməli idi.

NATO sammitində iştirak etmək üçün ABŞ Prezidenti Donald Trampla birlikdə Ankarada olan Heqset ABŞ-nin İrana endirdiyi zərbələr fonunda İsrailə qısamüddətli səfər etməyi planlaşdırırdı.

ABŞ-nin zərbələri Tehranın Hörmüz boğazı yaxınlığında, Oman akvatoriyasında üç ticarət tankerinə qarşı həyata keçirdiyi silsilə hücumlara cavab olaraq endirilib.

Səfərin ləğv edilməsinin səbəbləri rəsmi olaraq açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM