satellite   Azerspace-1: 11135 H 30000

ABŞ yenidən İrana zərbələr endirməyə başlayıb

ABŞ yenidən İrana zərbələr endirməyə başlayıb

ABŞ hərbçiləri yenidən İrana zərbələr endirməyə başlayıb.

NTV-nin məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında xəbər verib.

"Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıblar", - paylaşımda bildirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM