satellite   Azerspace-1: 11135 H 30000

İran XİN ABŞ-yə hücumlarında kömək edən ölkələri hədələyib

İran XİN ABŞ-yə hücumlarında kömək edən ölkələri hədələyib

Ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün ABŞ-yə verən ölkələr ciddi fəsadlarla üzləşəcəklər.

NTV xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.

"Avropadakı ərazilərini, bazalarını və infrastrukturlarını ABŞ və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonrakı nəticələrə görə məsuliyyətdən yayına bilməzlər", - XİN-in teleqram kanalında yayılan açıqlamada deyilir.

NATO-nun baş katibi Mark Rüttenin açıqlamalarına münasibət bildirən Bəqai həmçinin bildirib ki, Avropa ölkələri İran ətrafında münaqişədə neytral qalmayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM