satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

Ötən sutka ərzində Ukraynanın Zaporojye şəhərinə və Zaporojye rayonuna Rusiyanın hücumları nəticəsində 8 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bir sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 934 zərbə endirib. Xüsusilə, 30 aviazərbə, 661 pilotsuz uçuş aparatının hücumu, reaktiv yaylım atəşi sistemlərindən 2 atəş və 241 artilleriya zərbəsi qeydə alınıb.

Bundan başqa, infrastruktur obyektlərinin, yaşayış evlərinin və avtomobillərin zədələndiyinə dair 101 məlumat daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM