satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Avropada ən isti iyun ayı qeydə alınıb

Qərbi Avropada ən isti iyun ayı qeydə alınıb

2026-cı ilin iyun ayı Qərbi Avropada müşahidələr tarixinin ən isti iyun ayı olub. Bu, eyni zamanda, qlobal miqyasda qeydə alınan ikinci ən isti iyun ayıdır.

NTV  xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin hesabatında bildirilir. Məlumata görə, Qərbi Avropada iyun ayında havanın orta temperaturu 20,74 dərəcə olub. Bu, 1991–2020-ci illərin orta göstəricisindən 3 dərəcə yüksəkdir və 2025-ci ildə qeydə alınmış əvvəlki rekordu geridə qoyub.

Hesabatda qeyd olunur ki, iyun ayının sonlarında Avropanı əhatə edən güclü isti hava dalğası bir sıra ölkələrdə temperatur rekordlarının yenilənməsinə və istidən ölüm hallarının artmasına səbəb olub.

Kopernikin məlumatına görə, 2026-cı ilin iyununda havanın orta temperaturu da müşahidələr tarixində ikinci ən yüksək göstərici olub. Eyni zamanda, dünya okeanlarının orta səth temperaturu iyun ayı üçün yeni rekord müəyyən edib.

Kopernik İqlim Dəyişikliyi Xidməti bildirir ki, rekord istilər iqlim dəyişikliyinin təsirlərinin gücləndiyini və insanların, ekosistemlərin, eləcə də infrastrukturun üzləşdiyi risklərin artdığını göstərir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM