satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədən Suriyaya on il ərzində 1,5 milyon qaçqın qayıdıb

Türkiyədən Suriyaya on il ərzində 1,5 milyon qaçqın qayıdıb

2016-2026-cı illər arasında 1,5 milyon suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

NTV xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bu barədə açıqlama verib.

Nazirin sözlərinə görə, Ankara suriyalıların könüllü, təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmasını dəstəkləyir.

Çiftçi qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyindən dərhal sonra (8 dekabr 2024-cü il – red.) Türkiyəni 710 min qaçqın tərk edib. “Hər gün orta hesabla 1000 suriyalı vətənlərinə qayıdır. Yay aylarında məktəblərin bağlanması ilə bu proses bir qədər sürətlənə bilər”, - deyə daxili işlər naziri bildirib.

O, 2026-cı ilin iyul ayının əvvəlinə olan məlumata istinadla Türkiyədə 2.254.000 suriyalının qaldığını bildirib. Nazir iki həftə əvvəl Suriyaya səfəri zamanı orada qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığına qarşı mübarizə də daxil olmaqla, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yollarını müzakirə etdiyini xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM