Cari il oktyabrın 14-16-da Qazaxıstanın astana şəhərində “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgi keçiriləcək.
NTV xəbər verir ki, sərgidə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərlə yanaşı, biznes strukturları, iş adamları və rəsmi şəxslər də iştirak edəcəklər.
Sərgidə iştirak edən şirkətlər istehsal və xidmətlərini nümayiş edəcəklər. Sərgi çərçivəsində panel iclaslar və sessiyalar keçiriləcək, məruzələr dinləniləcək, nəqliyyat dəhlizlərinin inkişafı məsələləri müzakirə olunacaq.
