satellite   Azerspace-1: 11135 H 30000

ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib

ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib

ABŞ ordusu son iki gündə İranın Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində yerləşən 170-dən çox hərbi hədəfə zərbələr endirib.

 NTV xəbər verir ki, bu barədə  “The New York Times“ qəzeti ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr Hava Hücumundan Müdafiə sistemlərini, pilotsuz uçuş aparatları və raket anbarlarını, hərbi sürətli qayıqları, eləcə də logistika infrastrukturunu hədəf alıb.

CENTCOM-dan bildirilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücum etmək imkanlarını zəiflətmək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM