satellite   Azerspace-1: 11135 H 30000

KXDR nüvə potensialını gücləndirmək istəyir

KXDR nüvə potensialını gücləndirmək istəyir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hökuməti nüvə qüvvələrinin həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirilməsi barədə qərar qəbul edib.

NTV  Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar ölkə lideri Kim Çen Inın sədrliyi ilə Koreya Əmək Partiyası 9-cu çağırış Mərkəzi Hərbi Komitəsinin genişləndirilmiş iclasında qəbul edilib.

İclas zamanı döyüş sistemlərinin texniki infrastrukturunun modernləşdirilməsi və ölkənin nüvə potensialının daha da inkişaf etdirilməsi üzrə tədbirlər təsdiqlənib.

Bundan əlavə, Kim Çen In Mərkəzi Hərbi Komitə tərəfindən baxılmış əsas hərbi məsələlərə dair yeddi əmr imzalayıb.

Daha əvvəl KXDR lideri donanmanın strateji vasitələrə malik tamhüquqlu silahlı qüvvələr növünə çevrilməli olduğunu vurğulayaraq, ölkənin hərbi dəniz qüvvələrini nüvə silahı ilə təchiz etmək niyyətində olduğunu bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM