satellite   Azerspace-1: 11135 H 30000

PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub

PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub

Rusiyanın Krasnodar diyarında "İlski" neft emalı zavodunun (NEZ) ərazisində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

NTV-nin Rusiya mediasına istinadən məlumatına görə, bu barədə regional əməliyyat qərargahından bildirilib.

İlkin məlumata görə, heç kim xəsarət almayıb.

"Seversk rayonunda PUA qalıqlarının düşməsi səbəbindən "İlski" NEZ-in ərazisində yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Bundan əlavə, Rostov vilayətinin Azov şəhərində PUA-ların hücumu nəticəsində neft məhsullarının saxlanıldığı iki obyektdə yanğın olub. Xəsarət alan yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM