satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İrandan Hörmüz boğazı ilə bağlı öhdəlik tələb edib

ABŞ İrandan Hörmüz boğazı ilə bağlı öhdəlik tələb edib

ABŞ hakimiyyəti İrandan Hörmüz boğazının gəmiçilik üçün tam açıq olduğunu bəyan etməsini tələb edib.

NTV xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkədəki paylaşımında məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton Tehran qarşısında gəmilərə hücumlardan imtina etdiyini açıq şəkildə elan etmək tələbi qoyub. ABŞ tərəfi, həmçinin İranın Hörmüz boğazını tam açıq hesab etdiyini bildirməsini istəyib.

Ravid qeyd edib ki, ABŞ bu tələbləri İrana həm birbaşa, həm də vasitəçilər vasitəsilə çatdırıb.

Xatırladaq ki, ABŞ ordusu bundan əvvəl İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq bu ölkəyə qarşı bir sıra zərbələr endirib. Daha sonra ABŞ-nin hücumları dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM