satellite   Azerspace-1: 11135 H 30000

Avropada ekstremal istilərdən azı 10 min insan həlak olub

Avropada ekstremal istilərdən azı 10 min insan həlak olub

İyunun ikinci yarısında azı 10 min nəfər Avropada qeydə alınan anomal yüksək temperaturların qurbanı ola bilər.

NTV xəbər verir ki, bu, Avropanın ölüm hallarının monitorinqi mərkəzinin məlumatlarından məlum olur.

Təqdim olunan məlumata görə, 2026-cı ilin 26-cı həftəsi ərzində Avropa ərazisində izafi ölüm göstəricisi bütün yaş kateqoriyaları üzrə 10 min nəfər həddini ötüb. Ən həssas qrup 65 yaşdan yuxarı insanlardır. Belə ki, 9 mindən çox əlavə ölüm halı onların payına düşüb.

İzafi ölüm halları ilə bağlı ən kritik vəziyyət Belçika və Fransadadır. İspaniya, Niderland və İsveçrədə mülayim göstəricilər qeydə alınıb. Böyük Britaniya, Almaniya və İtaliya əlavə ölüm səviyyəsinin nisbətən aşağı olduğu dövlətlərin siyahısındadır.

İyunun ikinci yarısında Avropa qitəsi ekstremal isti havanın təsirinə məruz qalıb. Qərbi Avropa ölkələrində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. İyulun 9-da Avropanın Yerin məsafədən zondlanması və xəritəçəkmə xidməti olan "Copernicus" rəsmən təsdiqləyib ki, ötən iyun ayı bütün rekordları qıraraq bütün meteoroloji müşahidələr dövrü ərzində ən isti ay olub - yer səthində havanın orta temperaturu 20,74 dərəcə təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM