satellite   Azerspace-1: 11135 H 30000

Tayvanda “Bavi” tayfunu nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb

Tayvanda “Bavi” tayfunu nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb

Tayvanda “Bavi” tayfununun törətdiyi fəlakət nəticəsində həlak olanların sayı 135 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə “Focus Taiwan” agentliyi məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar bir sıra bölgələrdə ciddi dağıntılara səbəb olub, yollar bağlanıb, nəqliyyatın hərəkəti pozulub və infrastruktur zərər görüb.

Tayfunun təsiri zamanı 247 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb. Hazırda əksər ərazilərdə elektrik təchizatı bərpa edilib, aviasiya və dəniz nəqliyyatı isə normal fəaliyyətini davam etdirir.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi tayfunun adadan uzaqlaşdığını bildirərək onunla bağlı bütün xəbərdarlıqları ləğv edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM