satellite   Azerspace-1: 11135 H 30000

Arxeoloqlar Misirdə yaşı təxminən 3 min il olan məzar aşkarlayıblar

Arxeoloqlar Misirdə yaşı təxminən 3 min il olan məzar aşkarlayıblar

Misirin Luksor şəhərinin qərb sahilində yerləşən Şeyx Əbd əl-Qurna nekropolunda Ramessid dövrünə aid təxminən 3 min illik məzar aşkarlanıb.

NTV xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Leyden Universitetinin arxeoloji missiyası tərəfindən aşkar edilən məzarın Paser adlı şəxsə məxsus olduğu bildirilir. Abidə Yeni Krallıq dövrünün özəl Teb məzarlarına xas memarlıq quruluşunu qoruyub saxlayıb.

Məzarın divarlarında Paserin və həyat yoldaşının təsvir olunduğu, eləcə də onun adının qeyd edildiyi kitabələr aşkar edilib. Hazırda arxeoloqlar tapıntının sənədləşdirilməsi və dəfn kompleksinin öyrənilməsi istiqamətində işləri davam etdirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM